Bakıda qadını intim görüntüləri ilə şantaj etdilər

17
sen
2019
16:00
Bakıda qadını intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən Kamil Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 19-na təyin edilib. Qeyd edək ki, K.Süleymanov tanış olduğu qadın - A.Məmmədovanın (ad, soyad şərti) intim şəkilləri ilə şantaj edərək pul tələb edib.Qadının hüquq-mühafizə orqanlarına şikayətindən sonra K.Süleymanov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu pul tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Bakıda 32 yaşlı ata azyaşlı qızına təcavüz etdi - TƏFƏRRÜAT
Bakıda azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Fərhad Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.BAKU.WS...
