“Facebook”da tanış olduğu qadını intim fotoları ilə şantaj edən kişi bəraət istəyir

“Facebook”da tanış olduğu qadını intim fotoları ilə şantaj edən kişi bəraət istəyir
Hadisə 1131
Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu yolu ilə tələb etmədə təqsirləndirilən Astan Əzizovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Astan Əzizovun apellyasiya şikayətinin dəlilləri müəyyən edilib. Məlum olub ki, Astan Əzizov barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyir. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əzizov səkkiz il azadlıqdan məhrum edilib.İttihama görə, Astan Əzizov Sevinc Əliyevanı (ad və soyad şərti verilib – red.) şantaj edərək pul tələb edib. Astan Sevinclə sosial şəbəkədə tanış olub. Aralarında isti münasibət yaranan şəxslər biri-birinə intim şəkillərini göndəriblər. Bir müddət keçəndən sonra Astan Sevinci şantaj edib, onun intim şəkillərini sosial şəbəkədə yayacağı və qadını biabır edəcəyi ilə hədələyib.Astan Əzizov bu şəkilləri yaymamaq üçün qadından ümumilikdə dörd min dollar pul tələb edib. Qadın tələb olunan pulu ona verib. Daha sonra Sevin Əliyeva hüquq-mühafizə orqanlarına müraciət edib. Keçirilən əməliyyat zamanı Astan Əzizov həbs edilib.BAKU.WS

Son xəbərlər