Bakıda qadını intim fotolarla şantaj edən şəxslə bağlı QƏRAR VERİLDİ

Bakıda qadını intim fotolarla şantaj edən şəxslə bağlı QƏRAR VERİLDİ
Hadisə 975
Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, E.İsmayılovun apellyasiya şikayəti təmin edilməyib.İttiham aktına əsasən, E.İsmayılov tanışı olan Rəna Məmmədovanı (ad və soyad şərti) şantaj edərək pul tələb edib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 3 il müddətinə azadlıqdan məhrum edilib.BAKU.WS

Son xəbərlər