Bakıda qadın 6 aylıq övladının burnunu qırdı - Polisdən AÇIQLAMA

Bakıda qadın 6 aylıq övladının burnunu qırdı - Polisdən AÇIQLAMA
Foto
Hadisə 222

"2024-cü il təvəllüdlü körpənin valideynləri tərəfindən fiziki zorakılığa məruz qalması barədə polisə məlumat daxil olub".

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli deyib.

Onun sözlərinə görə, paytaxtın Sabunçu rayonu ərazisində 2024-cü il təvəllüdlü körpənin valideynləri tərəfindən fiziki zorakılığa məruz qalması və nəticədə bədən xəsarətləri alması barədə polisə məlumat daxil olandan sonra polis əməkdaşlarının müşayiəti ilə körpə həkim nəzarəti altında təcili olaraq xəstəxanaya yerləşdirilib.

"Məsələ ilə bağlı ərazi polis orqanında araşdırma başlanılıb. Hər iki valideyn izahatlarının alınması üçün Polis Bölməsinə gətirilib. Hadisə ilə bağlı əlavə məlumat veriləcək", - deyə polis leytenantı qeyd edib.

Bakıda qadın 6 aylıq uşağına işgəncə verib.

BAKU.WS Bakupost.az-a istinadla xəbər verir ki, ana azyaşlı uşağını döyərək bədəninin müxtəlif nahiyələrinə zərər yetirib.

Bakıda qadın 6 aylıq övladının burnunu qırdı - Polisdən AÇIQLAMA

Məlumata görə, uşağın burnu qırılıb.

Daha sonra uşaq Pediatriya Mərkəzinə yerləşdirilib.

Oxşar xəbərlər

Sosial şəbəkələrdə işə qəbulla bağlı saxta elanlar paylaşan şəxs saxlanılıb

Sosial şəbəkələrdə işə qəbulla bağlı saxta elanlar paylaşan şəxs saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə saxta iş elanları yerləşdirərək dələduzluq edə...

87 Hadisə 19:59 16 dekabr 2025

Son xəbərlər