Bakıda polis hər yerdə evin önünə cadu qoyan qadını axtarır - ANBAAN VİDEO

Bakıda polis hər yerdə evin önünə cadu qoyan qadını axtarır - ANBAAN VİDEO
Video
Hadisə 442

Paytaxt sakininin qapısına cadu olunmuş oyuncaq qoyulub.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətt"inə daxil olub.

Hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi, Məsud Davudoğlu küçəsində baş verib.

Şikayətçinin sözlərinə görə, naməlum qadın qolları kəsilmiş və üzərinə iynələr sancılmış oyuncağı qapının önünə qoyaraq ərazidən uzaqlaşıb. Həmin anlar təhlükəsizlik kameralarına anbaan düşüb. Vətəndaş daha sonra bu barədə 7-ci polis bölməsinə müraciət edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilir ki, daxil olmuş müraciət əsasında müvafiq polis bölməsində araşdırma aparılır:

"Araşdırmanın nəticəsindən asılı olaraq həmin əşyanın kim tərəfindən nə məqsədlə qoyulması aydın olacaq".

Həmin videonu təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər