Bakıda poliklinikanın həyətindəki sürüşməyə magistral su xətti səbəb olub?
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən torpaq sürüşməsinə səbəb olan ərazidən magistral su xətti keçmir.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Məlumatda qeyd edilib ki, adı çəkilən ərazidən Xətai Rayon Sukanal İdarəsinə məxsus heç bir su xətti keçmir. Həmin ərazidə sızma park ərazisindəki daxili xətlərdə baş verib.
Xətai Rayon İcra Hakimiyyətinin sözçüsü Pənah İmanov isə bildirib ki, həmin ərazinin suvarılması üçün daxili xətlər çəkilib:
"Daxili xətlərdən birində beş verən qəza nəticəsində ərazidə sürüşmə olub. Xətt bərpa olunub və qəza aradan qaldırılıb".
*** 10:15
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.
Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üzərinə tökülüb.
İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.
Qalereya
Oxşar xəbərlər
Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu
Bakıda polkovnikin idarə etdiyi avtomobillə qadını vuraraq ölümünə səbəb olduğu hadisənin bəzi detalları məlum olub. Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki...