Bakıda parkda 39 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda qətl törədilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, aprelin 7-si saat 19 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən Neftçilər parkında qadın bıçaqlanaraq qətlə yetirilib.
Öldürülən qadının 1986-cı il təvəllüdlü Sevinc Tofiq qızı Məhərrəmova olduğu müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən S.Məhərrəmovanın həyat yoldaşı 1980-ci il təvəllüdlü Natiq Zakir oğlu Məhərrəmov saxlanılıb.
Onun qısqanclıq zəminində hadisəni törətdiyi bildirilir.
Faktla bağlı Surxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...