Bakıda Pakistan vətəndaşının başına iş gəldi

Bakıda Pakistan vətəndaşının başına iş gəldi
Foto Video
Hadisə 146

Bakının Nəsimi rayonunda Pakistan vətəndaşının başına iş gəlib.

Bu barədə Humayun Tariq adlı Pakistan vətəndaşı BAKU.WS-in "qaynar xətti"nə müraciətində bildirib.

Onun sözlərinə görə, həmin şəxs Pakistan vətəndaşı Nəcəf bəy Vəzirov küçəsində, Aşıq Ələsgər parkının yaxınlığında maşınını parkinqdə saxlayıb. Lakin "Mercedes" markalı başqa bir avtomobilin sürücüsü nəqliyyat vasitəsini onun maşınının qarşısına park edib. Nə qədər etiraz bildirsə də həmin şəxs maşınını ərazidən çəkməyib. Nəticədə Pakistan vətəndaşı çıxılmaz vəziyyətdə qalıb.

Şikayətçi deyir ki, Mercedes sürücüsü məsuliyyəti üzərindən ataraq, "sabah gələrəm" deyib və hadisə yerini tərk edib.

Son xəbərlər