Bakıda oğul atasına 5 bıçaq zərbəsi vurdu

Bakıda oğul atasına 5 bıçaq zərbəsi vurdu
Hadisə 587
Bakıda oğul atasını öldürməyə cəhd edib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.1985-ci ildə Gədəbəy rayonunda anadan olan Haqverdiyev Cavid Mübariz oğlu gecə saatlarında Xətai rayonu, R.Məmmədov küçəsi ev 20a, mənzil 7-də yaşayan atası, 1959-cu il təvəllüdlü Mübariz Talıb oğlu Haqverdiyev ilə mübahisə edib.Mübahisə ata-oğul arasında davaya çevrilib. Bu vaxt C.Haqverdiyev mətbəxdən götürdüyü bıçaqla atasına 5 bıçaq zərbəsi endirməklə onu öldürməyə cəhd edib.Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsilə cinayət işi başlanıb, C.Haqverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər