Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi
Bakıda oğul anasını öldürüb.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, faciə barədə ailənin yaxınları məlumat yayıb.
Məlumatda bildirilir ki, 2026-cı il yanvarın 24-ü saat 11 radələrində Maştağa südçülük sovxozunda Ağayev Emil Xanlar oğlu anası 67 yaşlı Ağayeva Həyat Nəzər qızını amansızlıqla qətlə yetirib.
Emil Ağayev əvvəllər narkotik istifadəçisi olub. O, hətta bir müddət aidiyyatı dispanserdə bu asılılığa görə müalicə də alıb. Mərhumun əzizlərinin fikrincə Emin Ağayev hadisəni əvvəlcədən planlayıb. Çünki həmin gecə Emin Ağayev yoldaşı ilə birgə qayınanasıgildə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.
Baş Prokurorluqdan bildirilib ki, şübhəli Emil Ağayev saxlanılıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi açılıb.
Qalereya
Oxşar xəbərlər
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
Bərdədə doğuşdan üç gün sonra aparılan cərrahiyyə əməliyyatının nəticəsində vəfat edən qadının ölümündə təqsirləndirilən rayon Mərkəzi Xəstəxanasının ümumi cərr...