Bakıda məşhur restoranda baş verən yanğın söndürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə baş verən yanğın söndürülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***10.06
Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.
BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, bu barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının söndrülməsi istiqamətində tədbirlər davam etdirilir.
***09:47
Bakıda yanğın baş verən obyektin "Neolit" restoranı olduğu müəyyənləşib.
"Report"un əldə etdiyi məlumata görə, yanğın restoranın anbarında baş verib.
Hazırda FHN qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
***09:30
Bakıda obyekt yanır.
Bu barədə FHN Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...