Bakıda müxtəlif təyinatlı obyektdə yanğın olub

Bakıda müxtəlif təyinatlı obyektdə yanğın olub
Hadisə 0

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 350 m² olan, bir dam altında tikilən, birmərtəbəli, müxtəlif təyinatlı obyektin (ərzaq mağazası, məktəb ləvazimatları satışı mağazası, meyvə-tərəvəz satışı mağazası, məişət avadanlıqlarının təmiri sexi və aptek kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları 52 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan sahəsi 40 m² olan meyvə-tərəvəz satışı mağazasının lambirdən ibarət tavanı 6 m² sahədə qarsalanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər

Azərbaycanda iki məktəbdə yanğın olub

Azərbaycanda iki məktəbdə yanğın olub

Azərbaycanda iki məktəbdə yanğın olub. Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. İlk hadisə Neftçala rayonunun Şirvanlı kəndində qeydə a...

3 Hadisə 20:09 09 dekabr 2023

Son xəbərlər