Bakıda ev və ona bitişik olan mağazada yanğın olub

Bakıda ev və ona bitişik olan mağazada yanğın olub
Hadisə 1

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli dörd otaqlı evin otağının yanar konstruksiyaları 17 m² sahədə, dam örtüyü 120 m² sahədə, bitişik ümumi sahəsi 88 m² olan ərzaq mağazasının dam örtüyünün taxta atmaları və rəflərə yığılan ərzaq malları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib.

Evin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər

Bakıda restoran, kafe və mebel sexində yanğın olub

Bakıda restoran, kafe və mebel sexində yanğın olub

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) taxtadan ibarət zalının yanar konstruksiyaları...

10 Hadisə 09:16 23 oktyabr 2023

Son xəbərlər