Azərbaycanda iki məktəbdə yanğın olub

Azərbaycanda iki məktəbdə yanğın olub
Hadisə 1

Azərbaycanda iki məktəbdə yanğın olub.

Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

İlk hadisə Neftçala rayonunun Şirvanlı kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Digər hadisə Şəmkir şəhərində baş verib. Ümumi sahəsi 600 m² olan birmərtəbəli orta məktəb binasının sinif otağının döşəməsi 2 m² sahədə yanıb.

Yüksək temperaturdan sinif otağının lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər

Bakıda ev və ona bitişik olan mağazada yanğın olub

Bakıda ev və ona bitişik olan mağazada yanğın olub

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli dörd otaqlı evin otağının yanar konstruksiyaları 17 m² sahədə, dam örtüyü 120 m² sahədə, bi...

1 Hadisə 11:01 26 noyabr 2023

Son xəbərlər