Bakıda motosikletlə minik maşını toqquşub - 22 yaşlı oğlan xəsarət alıb

Bakıda motosikletlə minik maşını toqquşub - 22 yaşlı oğlan xəsarət alıb
Video
Hadisə 305

04.08.2026-cı il tarixində saat 10:25 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xətai rayonu, N. Tusi 24 ünvanından çağırış qeydə alınıb.

Bu barədə BAKU.WS-ə TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2004-cü il təvəllüdlü şəxs (kişi) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Çanaq və bilək sümüklərinin yerdəyişən qapalı sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyəti stabil qiymətləndirilir.

***11:37

Bakıda motosikletlə minik maşını toqquşub.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Məlumata görə, hadisə 10:30 radələrində, paytaxtın Xətai rayonu, Nəsrəddin Tusi küçəsində qeydə alınıb.

Hadisə şahidinin sözlərinə görə, qəza nəticəsində motosiklet sürücüsü xəsarət alıb və təcili yardımla xəstəxanaya aparılıb.

Ərazidən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər