Bakıda motosikletçi körpə uşağın həyatını təhlükəyə atdı - ARAŞDIRMA APARILIR

Bakıda motosikletçi körpə uşağın həyatını təhlükəyə atdı - ARAŞDIRMA APARILIR
Video
Hadisə 475

Bakı Şəhər DYP İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda sosial şəbəkə seqmentlərində yayılmış videogörüntü ilə əlaqədar araşdırma aparılır.

BAKU.WS xəbər verir ki, bu barədə DYP-dən açıqlama verilib.

Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə əsasən adamların bu formada daşınması qadağandır və öz növbəsində inzibati məsuliyyət yaradır.

***11:19

26 may saat 19:00 radələrində Bakı Olimpiya Stadionunun yaxınlığında təhlükəli vəziyyət yaşanıb. 

BAKU.WS-ə daxil olan şikayətə əsasən, motosikletdə olan bir qızla oğlanın ortasında təxminən 1 yaşlı uşaq olub.

Hadisə şahidlərinin lentə aldığı görüntülərdə motosikletin yüksək sürətlə hərəkət etdiyi və uşağın heç bir qoruyucu vasitə olmadan valideynlərin arasında əyləşdirildiyi açıq şəkildə görünür.

Qeyd edək ki, azyaşlı uşağın bu cür təhlükəli şəkildə motosikletə mindirilməsi yol hərəkəti qaydalarına zidd olmaqla yanaşı, uşağın həyatı üçün ciddi təhlükə yaradır.

Şahanə Xankişiyeva

Son xəbərlər