Bakıda motosikletçi gənc və anası qəzada xəsarət aldılar

Bakıda motosikletçi gənc və anası qəzada xəsarət aldılar
Hadisə 45

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, 23 yaşlı Qasımov Kənan Namiq oğlu və anası, 44 yaşlı Qasımova Zeynəb Əbdül qızının olduğu motosiklet avtomobillə toqquşub.

Hadisə nəticəsində motosikletin sürücüsü və sərnişini xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər