Bakıda məşhur taksi sürücüsü həbs edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın Nizami rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin (99-LP-400 dövlət nömrə nişanı) sürücüsü Sabir Kamil oğlu Qocayevi saxlayıblar.
“Bizim.media” xəbər verir ki, avtomobildə çoxsaylı konstruksiya dəyişiklikləri edildiyi üçün avtomobil sürücünün əlindən alınıb və evakuatorla saxlama məntəqəsinə aparılıb.
S.Qocayev isə ictimai asayişi kobud şəkildə pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq buna fəal müqavimət göstərib. Hadisə yerinə gələn Post Patrul Xidmətinin əməkdaşları sürücünü Nizami Rayon Polis İdarəsinin 23-cü bölməsinə aparıblar. Polis əməkdaşlarına müqavimət göstərdiyinə görə, sürücü barəsində inzibati protokol tərtib edilib.
Qeyd edək ki, S.Qocayev “TikTok” sosial şəbəkə platformasında çəkdiyi videolar ilə məşhurlaşıb.
Oxşar xəbərlər
Oğluna protokol yazdığı üçün yol polisini söyən xanım sürücü həbs olundu
Sentyabrın 23-də, saat 18:00 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində işıqforun qırmızı işığında keçən 90-VF-024 dövlət nömrə nişanlı, “Da...