Bakıda məktəbdən oğurluq edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda məktəbdən, idman zalından və evdən oğurluq edən şəxs tutulub.
DİN-dən BAKU.WS-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsində yerləşən tam orta məktəblərin birindən 2 ədəd noutbuk, 2 ədəd monitor və 2 ədəd lobzikin, bir idman zalından 800 manat pul, noutbuk, qol saatı, skaner və “DVR”, inşa olunan bir evdən isə 1000 manat dəyərində 3 ədəd laqunda və 2 ədəd drilin oğurlanması barədə müraciətlər daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.İsmayılov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Şirvanda narkotacir tutuldu, 45 min manatlıq oğurluq edənləri ələ verdi - VİDEO
Şirvanda beş mənzildən nağd pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb. BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, Şirvan Rayon Polis Şöbəsinin (RPŞ) əməkd...