Bakıda maşın qaçırdı, Göyçayda tutuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtomobil qaçırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini N.Teymurlu yanvarın 25-də “Hyundai” markalı avtomobilinin Moskva prospektindən qaçırıldığını bildirib.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay şəhər sakini H.İsmayılov avtomobillə birgə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Beyləqan sakini Bakıda qardaşının yük avtomobilini qaçırdı
Sabunçu RPİ-yə müraciət edən Sabunçu qəsəbə sakini S.Quliyev yanvarın 13-də qəsəbə ərazisindən “Zil” markalı yük avtomobilinin qaçırıldığını bildirib. Bu barədə...