Bakıda avtoyuma məntəqəsinin işçisi qaçırdığı BMW-ə ilə ağır qəza törətdi

Bakıda avtoyuma məntəqəsinin işçisi qaçırdığı BMW-ə ilə ağır qəza törətdi
Hadisə 822

Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, müraciətlə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən Ağcabədi rayon sakini B.Cavadov tərəfindən qaçırılması və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurması müəyyənləşib.

B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Pul kartı oğurlayanı polis tutdu

Pul kartı oğurlayanı polis tutdu

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən rayon ərazisində kirayədə yaşayan Bərdə sakini pul kartının oğurlandığını və hesabından təxminən 5 min manatı...

992 Hadisə 13:30 14 dekabr 2018

Son xəbərlər