Maşınını “moyka”ya qoydu, qayıdanda yerində tapmadı... - VİDEO

Maşınını “moyka”ya qoydu, qayıdanda yerində tapmadı... - VİDEO
Video
Hadisə 1829
Bakıda taksi sürücüsünün avtomobilini avtoyuma məntəqəsindən qaçırıblar.BAKU.WS xezerxeber.az-a istinadən məlumatına görə, Bakı şəhər sakini, taksi sürücüsü Rəşad Əlizadə iddia edir ki, bir neçə gün əvvəl axşam saat 21:00 radələrində yaşadığı Binəqədi rayonu Mir Cəlal küçəsində 24 saat fəaliyyət göstərən avtoyuma məntəqəsinə maşınını qoyaraq evə gedib. Bir müddət sonra o, avtomobilini götürməyə gəldikdə maşını avtoyuma məntəqəsində görməyib.15 dəqiqə keçdikdən sonra Rəşad Əlizadə yenidən avtoyuma məntəqəsinin işçisi Ceyhun Məmmədova zəng vurub. Ona zəng çatmadığı üçün sürücü məcbur qalıb '"102” xidmətinə avtomobilin qaçırılması ilə bağlı məlumat verib. Bir az sonra C. Məmmədov avtomobilsiz Rəşad Əlizadənin yanına gəlib.Hadisə yerinə ərazi üzrə Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları gəlib. Hər iki şəxsi bölməyə aparıblar. Polis isə avtomobili cərimə meydançasında aşkar edib. Araşdırma zamanı məlum olub ki, Ceyhun Məmmədov avtomobili sərxoş idarə etdiyi üçün yol polisi ona 500 manat məbləğində cərimə yazıb.Hadisə ilə əlaqədar Binəqədi rayon polis idarəsinin istintaq şöbəsindən isə bildiriblər ki, belə bir hadisə olub və hazırda fakt araşdırılır.BAKU.WS

Son xəbərlər