Bakıda piyadanı vurub qaçan sürücü sakinlər tərəfindən döyüldü

Bakıda piyadanı vurub qaçan sürücü sakinlər tərəfindən döyüldü
Hadisə 3903
Bakıda piyadanı vurub qaçan sürücü sakinlər tərəfindən döyülüb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.Binəqədi qəsəbəsində yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Orucov Elton Eldar oğlunu "Mercedes" markalı avtomobil vurub. Hadisə şahidlərinin dediyinə görə, sürücü sərxoş vəziyyətdə olduğundan qəzanın baş verdiyi ərazidən qaçıb. Ancaq o, taksi ilə izlənilərək saxlanılıb və döyülüb. Buna baxmayaraq, sürücü avtomobilini tərk edərək qaçmaqla gizlənə bilib.Yaralı piyada xəstəxanaya yerləşdirilib.Binədi rayon Polis İdarəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib.Sürücü isə axtarışdadır.BAKU.WS

Oxşar xəbərlər

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncədə avtomobil piyadanı vurub öldürüb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində alınıb.Hərəkətdə olan avtomobil yolu keçmək is...

869 Hadisə 21:55 16 mart 2018

Son xəbərlər