Usta “BMW”ni təmir edəndən sonra qaçırdı

Usta “BMW”ni təmir edəndən sonra qaçırdı
Hadisə 297

Avtotəmir sexlərindən birinin qarşısından “BMW” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Əliyev avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən mənə görə, dekabrın 6-da Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Abdurrəhmanlı 20 Yanvar küçəsindəki avtomobillərin təmiri sexlərindən birinin qarşısından “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, həmin sexdə usta işləyən R.Əliyev H.B.Əliyev küçəsində avtomobillə birgə saxlanılıb.

Oxşar xəbərlər

Xətaidə evlərdən külli miqdarda oğurluq edən şəxs saxlanılıb

Xətaidə evlərdən külli miqdarda oğurluq edən şəxs saxlanılıb

Xətai rayon ərazisindəki 4 evdən oğurluqda şübhəli bilinən R.Namazov saxlanılıb. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Xətai RPİ 35-ci PB...

473 Hadisə 15:01 14 dekabr 2019

Son xəbərlər