Bakıda maşın nənə və nəvəni vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi Bakıda nənə və nəvənin avtomobillə vurulması faktı ilə bağlı məlumat yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 1-də saat 15 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini C. Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub.
Nəticədə X. Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda evdə güclü partlayış - ölənlər var
Masallı rayonunda fərdi yaşayış evində baş verən partlayışda 2 nəfər vəfat edib. BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə aprelin 16-da saat 07 radələ...