Bakıda kirayə evdə qalan tələbə qızların başına iş gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün öncə özlərini piss hiss edərək xəstəxanaya çatdırılan tələbə qızlar evə buraxılıblar.
Bu barədə BAKU.WS-ə Səhiyyə Nazirliyindən məlumat veriblər. Bildirilib ki, qastroenterit (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılan iki tələbə qızın müalicəsi başa çatıb. Bu gün onlar evə buraxılıblar.
Qeyd edək ki, dekabrın 3-də kirayə yaşadıqları evdə iki tələbənin vəziyyəti pisləşib. Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb.
Oxşar xəbərlər
Bakıda əcnəbi tələbə toyuq doğrayarkən qarnını deşdi
Bu gecə Bakının Yasamal rayonunda əcnəbi tələbə bıçaq xəsarəti alıb. BAKU.WS xəbər verir ki, hadisə V.Əliyev küçəsi ev 263-də yerləşən mənzildə baş verib. Belə...