Bakıda iki tələbə qidadan zəhərləndi

Bakıda iki tələbə qidadan zəhərləndi
Hadisə 600

Bakıda iki tələbə qidadan zəhərlənib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, Nizami rayonunun NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59 da daxil olub.

Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər.

3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər.

Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Biləcəridə 2 bacı, ana və nənə yağdan zəhərləndi

Biləcəridə 2 bacı, ana və nənə yağdan zəhərləndi

Bakıda bir ailənin 4 azvü qidadan zəhərlənib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib. Hadisə Biləcəri 5-ci Şimal küçəsində yerl...

621 Hadisə 09:53 29 noyabr 2019

Son xəbərlər