Bakıda əcnəbi tələbə toyuq doğrayarkən qarnını deşdi

Bakıda əcnəbi tələbə toyuq doğrayarkən qarnını deşdi
Hadisə 429

Bu gecə Bakının Yasamal rayonunda əcnəbi tələbə bıçaq xəsarəti alıb.

BAKU.WS xəbər verir ki, hadisə V.Əliyev küçəsi ev 263-də yerləşən mənzildə baş verib.

Belə ki, Qərb Universitetinin I kurs tələbəsi, 1992-ci il təvəllüdlü Kathnaracahi Aruna yaşadığı ünvanda qarın nahiyəsindən bıçaqlanıb.

Onu Kliniki Tibbi Mərkəzə yerləşdiriblər.

İlkin ehtimala görə, o toyuq doğrayarkən özünü bıçaqlayıb.

Lakin xəstənin vəziyyəti ağır olduğu üçün onu dindirmək mümkün olmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırmalara başlanılıb.Ziya SƏCCAD

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər