Bakıda iki avtobus toqquşub, yaralılar var - FOTO

04
noy
2019
23:22
Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb.Belə ki, "90-RA-864" dövlət nömrə nişanlı 57 saylı marşrutla "Bakubus" MMC-yə məxsus, 99-HJ-064 dövlət nömrə nişanlı 7A avtobusu toqquşub. Qəza nəticəsində 8 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.7A avtobusun sürücüsü Çingiz Salamov "Report"a bildirib ki, 57 nömrəli marşrut dayanacaqda onun idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb.
Qalereya
Oxşar xəbərlər
SON DƏQİQƏ - Bakıda iki avtobus toqquşub - 6 qadın yaralanıb
Bakıda iki avtobus toqquşub.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib.Belə ki, Bakı Sənaye-Pedaqoji...
