Bakıda restoranda baş verən davada 2 nəfər döyülüb

06
okt
2019
12:43
Bakıda restoranda iki nəfərin ciddi xəsarət alması ilə nəticələnən dava baş verib.BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində yerləşən “Ədalət” restoranında qeydə alınıb.Belə ki, paytaxtın Nərimanov rayonu, Təbriz küçəsinin sakinləri, 1996-cı il təvəllüdlü Qasımov Fərid Nürəddin oğlu və Əliyev Vaqif Əlibala oğlu naməlum şəxslər tərəfindən döyülüb.Hər iki şəxs dərhal təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Q. Fəridə üzün yumuşaq toxumalarının əzilməsi, Ə. Vaqifə isə baş nahiyəsinin əziyi diaqnozu qoyulub.Yaralılar aidiyyatı üzrə həkim nəzarətinə götürülüblər.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Metroda gənc oğlan bıçaqlandı
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Bakı metrosunun "28 may" stansiyasının içində qeydə alı...
