Bakıda betonqarışdıran maşın avtobusa çırpıldı: yaralılar var (FOTO)

Bakıda betonqarışdıran maşın avtobusa çırpıldı: yaralılar var (FOTO)
Hadisə 2664
Bakıda sərnişin avtobusu betonqarışdıran maşınla toqquşub.BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb.Belə ki, Ramanada yerləşən Şuşa şəhərciyindən "Səkkizinci kilometr" bazarı istiqamətinə gedən 214 saylı sərnişin avtobusu metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qəzaya uğrayıb.Sərnişinlərin sözlərinə görə, avtobusun sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşına yol verməyib. Nəticədə betonqarışdıran maşın avtobusa çırpılıb.Hadisə nəticəsində avtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Sərnişinlərdən biri nisbətən ağır yaralanıb. Məlumata görə, avtobusun sınmış şüşələri 14 yaşlı sərnişinin boğaz və əlini kəsib.Hadisə yerinə təcili yardım maşını gəlib.BAKU.WS

Oxşar xəbərlər

Bakıda iki avtobusun toqquşması ilə bağlı rəsmi AÇIQLAMA

Bakıda iki avtobusun toqquşması ilə bağlı rəsmi AÇIQLAMA

Bakıda iki marşrut avtobusu toqquşub.Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumat görə, hadisə paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə...

1902 Hadisə 14:42 14 oktyabr 2017

Son xəbərlər