SON DƏQİQƏ - Bakıda iki avtobus toqquşub - 6 qadın yaralanıb

31
okt
2019
15:33
Bakıda iki avtobus toqquşub.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib.Belə ki, Bakı Sənaye-Pedaqoji Kollecinin qarşısında hərəkətdə olan 49 və 106 saylı sərnişin avtobusları toqquşub. Nəticədə 6 nəfər yaralanıb. Yaralıların hamısı qadındır.Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili gəlib, yaralılar xəstəxanaya aparılıb.Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, yaralıların vəziyyətləri orta-ağırdır.
Oxşar xəbərlər
Bakıda yük maşını avtomobili əzdi – 1 ölü, 3 yaralı
Bakının Pirallahı qəsəbəsinin girişində yük avtomobili ilə minik maşını toqquşub.BAKU.WS xəbər verir ki, qəza nəticəsində 1 nəfər kişi aldığı xəsarətlərdən hadi...
