Bakıda ictimai iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb
Bakıda ictimai iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hidayətov Raman Qadağa oğluna məxsus "London Pub" ictimai iaşə obyektində AQTA əməkdaşlarının keçirdiyi plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.
Orada aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 2 ədəd 0.7 litrlik "Архангельская" əmtəə nişanlı, 1 ədəd 1 litrlik "Finlandia" əmtəə nişanlı, 1 ədəd 0.7 litrlik "Organic Line" əmtəə nişanlı, 1 ədəd 0.5 litrlik və 1 ədəd 0.7 litrlik "Nemiroff" əmtəə nişanlı spirtli içki məhsulunun satışının həyata keçirildiyi məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.
Oxşar xəbərlər
Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib
Babək rayonunda qaz sızması nəticəsində baş verən partlayış zamanı xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, B...