Bakıda helikopter qəzaya uğradı - Pilot ağır xəsarət alıb
18
sen
2019
08:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən həftə Bakıda vertolyot qəzası baş verib.BAKU.WS “avtosfer.az”a istinadən xəbərə verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığında yerləşən "Naftalan" istirahət mərkəzinin üst tərəfində kiçik aerodromda qeydə alınan hadisə zamanı pilot ağır xəsarət alıb.Məlumatda bildirilir ki, təlim helikopteri bir neçə dəfə qalxıb enmə hərəkətləri edib. Sonuncu hərəkət zamanı helikopter idarəetmədən çıxaraq yanı üstə yerə çırpılıb.Nəticədə ağır qəza baş verib. Parça-parça olan helikopterin təxminən 5 tona yaxın yanacağı isə "Naftalan" istirahət mərkəzinin ərazisindən axaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyə qədər gəlib.Hadisə yerinə Fövqəladə Hallar və Müdafiə Nazirliyinin əməkdaşları gəlib. Helikopterin hansı nazirliyə aid olduğu barədə dəqiq məlumat yoxdur.Bildirilir ki, həmin aerodroma həm Fövqaladə Hallar, həm də Müdafiə Nazirliyinin helikopterləriı tez-tez eniş edir.Xatırladaq ki, pilot helikopterdə təlim keçirmiş. Xoşbəxtlikdən helikopterin pəri yaxınlıqda olan yüksək gərginlikli elektrik xətlərinin yanında düşsə də ciddi problem yaratmayıb.
Oxşar xəbərlər
Xəzər TV nin əməkdaşlarına hücüm olub - VİDEO
Xəzər TV nin əməkdaşlarına hücüm olub. BAKU.WS-in məlumatına görə, hadisə Kürdəmir rayonunda çəkliş aparan zaman baş verib.Xəzər Xəbərin Bölgə müxbiri Rəşid Rəş...