Bakıda baş verən güclü yanğın söndürülüb

Bakıda baş verən güclü yanğın söndürülüb
Foto
Hadisə 630

Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində baş vermiş yanğın söndürülüb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Paytaxtın Xətai rayonunda baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

BAKU.WS xəbər verir ki, hadisə yerində yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülüb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

****

Bakıda güclü yanğın başlayıb.

BAKU.WS xəbər verir ki, hadisə 8 Noyabr prospekti yaxınlığında qeydə alınıb.

Hadisə yerindən yayılan görüntülərdə neft çənlərinin yerləşdiyi ərazidən güclü tüstünün qalxdığı və yanğının baş verdiyi görünür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər