"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bu barədə BAKU.WS-ə nazirliyin mətbuat xidmətindən bildirilib.
***23:54
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə BAKU.WS-ə nazirliyin mətbuat xidmətindən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***23:52
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə nazirliyin mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bəzi media resurslarında "Alov" zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.
***23:20
Bakıda güclü partlayış baş verib.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilir ki, hadisə "Şamaxinka" adlanan ərazidə qeydə alınıb.
İlkin məlumata görə, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb.
"Çox güclü partlayış səsi gəldi. Sonra havaya qara tüstü və kükürd qoxusu yayılmağa başladı. Daha sonra güclü yanğın baş verib".
Partlayışdan sonra güclü yanğın başlayıb.
Hadisə yerinə FHN, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti aşkarlanıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qarağaclı kəndində baş verib. Araşdırma zamanı cansız bədə...