Bakıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələniblər
Paytaxtın Nərimanov rayonu ərazisində yaşayan bir qrup sakin polisə müraciət edərək gecə saatlarında yaşayış ünvanlarının yaxınlığında yerləşən ictimai iaşə obyektlərində yaranan məişət səs-küyünün onları narahat etməsi ilə bağlı şikayətlərini bildiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərində profilaktik tədbir keçirilib:
"Nəticədə bir neçə obyektin gecəyarısından sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb".
Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycana qanunsuz yolla 1 300 karata yaxın qiymətli daşların gətirilməsinin qarşısı alınıb
Bu ilin yanvar-sentyabr ayları ərzində qanunsuz yollarla Azərbaycana gətirilməsinə cəhd göstərilən 1 295 karatdan çox qiymətli daşlar aşkar edilib. Bu barədə BA...