Bakıda gecə klubunda baş verən yanğın söndürülüb
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam örtüyündə elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
*** 16:12
Bakıda gecə klubunun dam örtüyü yanır.
BAKU.WS report-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən "Burju Baku" gecə klubunun dam örtüyündə yanğın baş verməsi ilə bağlı müraciət daxil olub.
Müraciət əsasında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Oxşar xəbərlər
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. BAKU.WS ""Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb...