Bakıda "Galendewagen"in iştirakı ilə üç maşın toqquşdu, xəsarət alan var - FOTO

11
sen
2023
08:47
Bakının Səbail rayonunda dörd maşın qəzaya uğrayıb.
BAKU.WS APA-ya istinadə xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində yol ayrıcında qeydə alınıb.
Belə ki, “BMW” markalı maşının sürücüsü sükana nəzarəti itirərək aşıb.
Aşan nəqliyyat vasitəsi yol kənarında dayanan “Mercedes Galendewagen” markalı maşına çırpılıb.
Hərəkətsiz vəziyyətdə olan “Mercedes” yol kənarında dayanan “Toyota” və “Chevrolet” markalı maşınlara dəyib.
Zərbənin gücündən “BMW” yararsız hala düşüb və sürücüsü xəsarət alıb.
Fakt üzrə əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda 3 avtomobil qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, qəza Cavadxan küçəsində qeydə alınıb. “T...
