Paytaxtda 4 avtomobil qəzaya uğrayıb, xəsarət alan var - VİDEO

Paytaxtın Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Xətai prospektində baş verib.
“Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü əks istiqamətə çıxaraq manevr etmək istəyib. Bu zaman o, sükana nəzarəti itirərək maşınını “Renault” markalı nəqliyyat vasitəsinə çırpıb.
Zərbənin gücündən “Renault” yol kənarında dayanan digər “Mercedes” markalı maşına, o da “Hyundai” markalı maşına çırpılıb.
Qəza nəticəsində “Renault”da olan sərnişin xəsarət alıb.
Fakt üzrə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb ediliblər.
Qalereya
Oxşar xəbərlər
Bakıda avtomobillərin sürət yarışı dəhşətli qəzaya səbəb oldu - VİDEO
Bakının Nəsimi rayonunda ağır yol qəzası zamanı bir nəfər xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Hüseynbala Əliyev küçəsində baş verib. B...
