Bakıda üç avtomobil toqquşub, xəsarət alan var - VİDEO

26
iyl
2021
08:49
Bakının Nərimanov rayonunda üç avtomobil toqquşub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.
“Opel” markalı avtomobil əvvəlcə “Audi” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Audi” yolayrıcı betona çırpılaraq əks yola çıxıb. Bu zaman “Audi”-nin sürücüsü sükana nəzarəti itirib. Bu zaman “Daewoo” və “VAZ 2106” markalı avtomobillər “Audi”-yə çırpılıb.
Qəza nəticəsində “VAZ 2106”-nın sürücüsü xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Oxşar xəbərlər
Bakıda qəza zamanı avtomobil obyektə çırpıldı - VİDEO
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev keçəsində baş verib. İşıqforun yaşıl...
