Bakıda avtomobillərin sürət yarışı dəhşətli qəzaya səbəb oldu - VİDEO

Bakıda avtomobillərin sürət yarışı dəhşətli qəzaya səbəb oldu - VİDEO
Foto Video
Hadisə 1830

Bakının Nəsimi rayonunda ağır yol qəzası zamanı bir nəfər xəsarət alıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Hüseynbala Əliyev küçəsində baş verib.

Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü “Toyota” markalı maşınla sürət yarışı təşkil edərək eyni istiqamətdə hərəkət ediblər. Bu zaman əks yolda olan “Hyundai” əvvəlcə “Renault” və “Mercedes” markalı maşınlara çırpılıb.

Yarışın iştirakçısı olan “Toyota”nın sürücüsü avtomaşını yol kənarında dayanan “Toyota Prado”, “Hyundai” və “KİA” markalı nəqliyyat vasitələrinə çırpıb. Qəza nəticəsində ümulikdə 7 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Qəza nəticəsində “Renault”da olan sərnişin xəsarət alıb.

Qəzanın baş verdiyi əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Son xəbərlər