Bakıda "Ford" markalı yük maşını yanıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Ford" markalı yük avtomobilində yanğın baş verdiyi məlum olub.
Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb.
***15:45
Nəsimi rayonunda "Ford" markalı yük maşını yanır.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə 44 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.
Hazırda əraziyə FHN-in yanğınsöndürənləri cəlb edilib. Yanğının söndürülməsi istiqamətində iş aparılır.
Ərazidən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir?
"Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər". BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında...