Bakıda fahişələrlə əylənən ərəblərin başına iş açdılar
06
avq
2019
12:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanı vətəndaşları quldur basqınının qurbanı olublar.BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Səbail rayon Polis İdarəsindən məlumat verilib.Üç naməlum şəxs avqustun 5-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsində yerləşən 94 nömrəli evdəki mənzilə girib.Mənzili Səudiyyə Ərəbistanı vətəndaşları - 1998-ci il təvəllüdlü Əlibaba Əli Həsən və onun həmyaşıdı Əlsaəəd Məhəmməd Əbdülrahim kirayəyə götürüblərmiş.Basqın zamanı əcnəbi turistlər yerli fahişələrlə eyş-işrətlə məşğul olduqlarına görə cinayətkarların gəlişi onlar üçün gözlənilməz olub.Cinayətkarlar ərəblərdən 1500 manat və 5 ədəd bahalı mobil telefon götürüblər.Sonra basqın edənlərdən ikisi Əlibaba Əli Həsən ilə mənzildən çıxaraq Puşkin küçəsindəki “Bank of Baku” bankomatına gediblər.Ərəbin kartından 200 manat çıxaran kişilər hadisə yerinə qayıdıblar.Onlar burada turistləri yapışqanlı lentlə bağlayaraq hadisə yerindən qaçıblar.Məlumata görə, turistlərin əyləndikləri qız soyğunçularla əlbir olub.Çünki o, cinayətkarların mənzilə səssiz-səmirsiz daxil ola bilmələri üçün qapını açıq saxlayıb.Qeyd edək ki, əməliyyatçılar artıq şübhəlilərin izinə düşüblər. Hazırda onların aşkar edilərək saxlanılması üzrə iş aparılır.
Oxşar xəbərlər
Bakıda lombarda silahlı basqın edildi: 10 min manat pul və 30 minlik qızıl aparıldı
İyulun 29-u saat 10:45-də Bakının Xətai rayonunda lombarda basqın olub.Bu barədə Xətai Rayon Polis İdarəsindən məlumat veriblər.İş maskası geyinmiş iki naməlum...