Bakıda lombarda silahlı basqın edildi: 10 min manat pul və 30 minlik qızıl aparıldı
30
iyl
2019
20:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 29-u saat 10:45-də Bakının Xətai rayonunda lombarda basqın olub.Bu barədə Xətai Rayon Polis İdarəsindən məlumat veriblər.İş maskası geyinmiş iki naməlum kişi Babək prospekti, 76 saylı binada yerləşən lombarda girib.Lombardın 1957-ci il təvəllüdlü sahibəsi Leyla Əliyeva iddia edir ki, cinayətkarların silahı olub.Onlardan biri silahla qadının başına zərbə endirib. Quldurlar lombarddan 10 min manat və dəyəri 30 min manat olan qızıl məmulatları götürüblər.BAKU.WS oxu.az-a istinadən bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) üzrə cinayət işi qaldırılıb. Şübhəlilərin saxlanılması istiqamətində iş aparılır.
Oxşar xəbərlər
Bakıda kişi qadını güllələdi
İyunun 26-da Bakının Nizami rayonunda güllələnmə hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Nizami Rayon Polis İdarəsindən məlumat veriblər.C...