Bakıda kişi qadını güllələdi

Bakıda kişi qadını güllələdi
Hadisə 943
İyunun 26-da Bakının Nizami rayonunda güllələnmə hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Nizami Rayon Polis İdarəsindən məlumat veriblər.Cinayət metronun “Neftçilər” stansiyası ərazisində, Rüstəmov küçəsində, saat 21:00 radələrində törədilib.Belə ki, kişi tanışı - 1974-cü il təvəllüdlü Zəhra Ağayevaya iki dəfə atəş açıb. Nəticədə, qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Cinayətkar törətdiyi əməldən sonra polisə könüllü təslim olub. Saxlanılan şəxsin adı hələlik açıqlanmır. Fakt üzrə Cinayət Məcəlləsinin 29, 120-ci (cinayət törətməyə cəhd, qəsdən adam öldürmə) və 228-ci maddələri (qanunsuz odlu silah saxlama) üzrə cinayət işi qaldırılıb.Fakt üzrə istintaqı Nizami Rayon Prokurorluğu aparır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər