Bakıda evə girən quldur Araz Sofiyevi öldürüb, arvadını ağır yaraladı
08
iyl
2019
14:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Suraxanı rayonunda evə quldur basqını olub, nəticədə ev sahibi, 40 yaşlı Araz Sofiyev öldürülüb, onun həyat yoldaşı Rəna Sofiyeva isə ağır yaralanıb. BAKU.WS "virtualaz.org"a istinadən xəbər verir ki, hadisə iyulun 6-dan 7-nə keçən gecə, Suraxanı rayonu, Q yaşayış massivi, mənzil 27-a ünvanında qeydə alınıb.Naməlum şəxs və ya şəxslər 5-ci mərtəbədə yerləşən mənzilə daxil olub, Sofiyevlərə bıçaqla xəsarət yetiriblər.Nəticədə Araz Sofiyev ölüb, Rəna Sofiyeva isə ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Yaralıya tibbi yardım göstərilib və hazırda müalicəsi davam etdirilir.Quldurların mənzildən 5000 ABŞ dolları apardıqları bildirilir.Hazırda Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda evə basqın olub, kişi öldürülüb, həyat yoldaşı yaralanıb
Bakıda naməlum şəxslər evə basqın ediblər. BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib. İki nəfər naməl...