Bakıda evdən 23000 manatlıq oğurluq edilib

Bakıda evdən 23000 manatlıq oğurluq edilib
Hadisə 80

Evdən 23 min manat dəyərində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 16.170 manat pul və 7.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini İ.Zərbalıyev saxlanılıb. Araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər