Bakıda dəm qazı daha bir can aldı
12
okt
2019
10:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 45 yaşlı kişi hamamda çimərkən dəm qazından boğulub.BAKU.WS xəbər verir ki, hadisə bu gecə 01:30-da Binəqədi rayonunda qeydə alınıb.Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinə məlumat daxil olub ki, 1974-cü il təvəllüdlü Elçin Məcnun oğlu Sadıqov kirayə yaşadığı Y.Hüseynov küçəsi ev 9 ünvanının hamam otağında dəm qazından zəhərlənib və ölüb.Daxil olan məlumata əsasında hadisə yerinə və meyitə baxış keçirilib. E.Sadıqovun meyiti daxili müayinə olunması üçün MTE və PA Birliyinin Binəqədi rayon şöbəsinə göndərilib.Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.
Oxşar xəbərlər
Bakıda arvadını itirən 83 yaşlı kişi polisə getdi və ...
Bakının Binəqədi rayonunda kişi həyat yoldaşının yoxa çıxması barədə polisə məlumat verib.BAKU.WS xəbər verir ki, Goradil bağlar massivi ev 265 ünvanında yaşaya...