Bakıda dəhşətli qəzada yaralananlardan biri ilə bağlı ÜRƏKAĞRIDAN DETAL - VİDEO

"Hadisə ilə əlaqədar reanimasiyaya 6 xəstə daxil olub. Onlardan biri əməliyyatdadır və vəziyyəti çox ağırdır".
BAKU.WS xəbər verir ki, bu sözləri Sabunçu Tibb Mərkəzinin şöbə müdiri Namiq Dəmirçiyev bildirib.
O əlavə edib ki, reanimasiyada olan 5 xəstənin dördü qadın, biri isə kişidir: "Onlar müxtəlif zədələr alıblar. Kəllə-beyin, döş qəfəsinin zədələnməsi, sağ ətrafın baldırdan amputasiyası və bir qızda sol biləyin yaralanması. Bütün xəstələrə müvafiq yardımlar olunub".
Qeyd edək ki, bu gün səhər saat 6:40 radələrində aeroport şossesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.
Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olmuş, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Bakıda dəhşətli qəza törədən sürücü ilə bağlı məhkəmə qərar verdi
Suraxanı Rayon Məhkəməsində aeroport yolunda sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsü Mahmud Əzizovun barəsində istintaq orqanının verdiyi təqdim...
